Sahibə Qafarova deputatın bu çıxışına etiraz etdi - VİDEO

Gündəm
23:32 / 22.04.2025
1956
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Səyyad Salahlının çıxışı birmənalı qarşılanmayıb.
Sfera.az-ın məlumatına görə, deputatın “Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar” deməsinə spiker Sahibə Qafarova etiraz edib.
“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilə bunlar?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?!” - S.Qafarova bildirib.
Həmin anın videosunu İTV-yə istinadən təqdim edirik: