Güclü külək Bakıda 368 ağacı sındırıb

Güclü külək Bakıda 368 ağacı sındırıb

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən açıqlanıb.

 

Qeyd edilib ki, aprel ayının 15-dən başlayan leysanla müşahidə edilən şiddətli küləyin sürəti saatda 90 km-ə çatıb və şəhərin müxtəlif rayonlarında 368 ağacın sınmasına, 55-dən çox ağacın budaqlarının qırılmasına səbəb olub.

 

"Dünyanın bir sıra şəhərlərində olduğu kimi, Bakı şəhərində də torpağın yarımsəhra iqlim şəraitinə malik olması, torpaq qatının nazikliyi bəzi hallarda ağacların kök sisteminin zəif inkişafına gətirib çıxarır. Bu da, güclü külək qarşısında ağacların dözümlülüyünü zəiflədir, leysan xarakterli yağış isə bu prosesi daha da sürətləndirir. Həmçinin təsadüfi deyil ki, Bakıda aşan ağacların əksəriyyəti 1960-1970-ci illərdə əkilib və aşma səbəbindən biri də yaşlarının həddindən çox olmasıdır.

 

Bütün gecə və hazırkı vaxtda qırılan ağacların Birliyinin əməkdaşları tərəfindən kəsilməsi, zədələnənlərin budanması və ərazinin təmizlənməsi işləri aparılır. Eyni zamanda şiddətli külək nəticəsində zədələnmiş, aşma təhlükəsi olan ağaclara aqrotexniki qulluq göstərilir, dayanıqlılığının artırılması üçün dirəklər verilir və bərpası istiqamətində işlər həyata keçirilir. Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş iş rejimində işlərini davam etdirir", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...