Dövlət Mahnı Teatrına yeni direktor təyin edildi - FOTO

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
Sfera.az "Report"a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Ülviyyə Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.
2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
O, "İrəli" İctimai Birliyində Mədəniyyət Mərkəzinin və "Azərbaycan Könüllülər" İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.
Ülviyyə Bəbirli hal-hazırda "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədridir.