Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

 

Sfera.az xəbər verir ki, 2007-ci ildə doğulan və 18 yaşı tamam olan, habelə 1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar 2025-ci il aprelin 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Çağırış aprelin 30-dək davam edəcək.

 

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 14-də Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

 


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...