Oksfordun qurucusu məktəbin Ramiz Mehdiyevin ailəsindən alınmasına haqq qazandırdı

Oksfordun qurucusu məktəbin Ramiz Mehdiyevin ailəsindən alınmasına haqq qazandırdı

Bakı Apellyasiya Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı verdiyi şikayətini əsassız hesab edib. Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.

 

Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin bu qərarından sonra "Bakı Oksford Məktəbi"nin qurucusu olan, Azərbaycanın görkəmli təhsil xadimi Nailə Rzayeva sosial media hesabından paylaşım edib.

 
N.Rzayeva paylaşımında məhkəmənin qərarının ədalətli olduğunu vurğulayıb. 

 

"Mənim və mərhum həyat yoldaşım Tofiq Rzayevin 26 il əmək sərf etdiyi, sonralar isə həyasızcasına mənimsənilmiş “Bakı Oksford Məktəbi” görünür, heç kimə getməyəcək", - deyən N.Rzayeva ümid edir ki, dövlətimiz qanunsuz olaraq mənimsənilmiş məktəbi geri alacaq. 


Qeyd edək ki, N.Rzayeva və həyat yoldaşı T.Rzayev adıçəkilən məktəbin qurucuları olub. 

 

Rzayeva verdiyi açıqlamalarında məktəbin əlindən zorla alındığını dəfələrlə bəyan edib. Xanım, məktəbin “Baku Steel Company"nin rəhbəri və hazırda həbsdə olan Rasim Məmmədov və Ramiz Mehdiyevin ailəsi tərəfindən zorla alındığına dair bir neçə dəfə açıqlama verib. O, həmin açıqlamalarının birində qeyd edib: "Vaxtilə "Bakı Oksford Məktəbi"ni bizə bir qəpik də vermədən əlimizdən aldılar. Bu məktəbi qurub-yaratmağa və inkişafına mənim və rəhmətlik həyat yoldaşımın 26 ili getmişdi. İndi isə bumeranq effekti baş verir. Mən ilahi ədalətə inanıram".

 

Xatırladaq ki, R.Məmmədov həbs olunandan sonra onun milyonlarla manat dəyərində olan əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunmuşdu. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edirdi.

 

Bir müddət əvvəl isə məktəb 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.

 

Altay


 


 


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...