Logo

AZAL-ın yubanan reysi ilə bağlı SON XƏBƏR

AZAL-ın yubanan reysi ilə bağlı SON XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin London-Bakı marşrutu ilə uçan təyyarəsi yaxın vaxtlarda uçuşu yerinə yetirəcək.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, bu reys zamanı təyyarədə başqa bort xidmətçiləri işləyəcək.

O deyib: "Reysin sərnişinləri hoteldə yerləşdirilib. Saxlanılan bort işçilərinə gəldikdə isə onlar Londonda vəziyyət aydınlanana qədər Londonda qalacaq. Vəziyyət Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarəti altındadır".

Xatırladaq ki, ötən gün AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR