MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib

MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib

Martın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olub, “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanıb.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı verib.

 

Sfera.az xəbər verir ki, başsağlığı mətnində qeyd olunub:

 

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına, Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin tezliklə sağalmasını arzulayır.

 

Bildiririk ki, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.

 

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalmışdır. Belə ki, 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar vermişdir.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin yaradılmasını vacib hesab edir”.


OXŞAR XƏBƏRLƏR

Donald Tramp Türkiyəyə yeni səfir göndərir - “Yaxşı ölkədir, lideri də yaxşıdır”

ABŞ Prezidenti Donald Tramp Senatın təsdiqindən sonra müxtəlif ölkələrə təyin olunacaq bir neçə səfiri Ağ Evdə qəbul edib.   Sfera.az “Haber Gl...

Cənubi Koreya yanır: 18 nəfər ölüb

Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 18-ə çatıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki,...

Yüzlərlə fələstinli Qəzzada HƏMAS-a qarşı etiraz aksiyası keçirib

Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək "HƏMAS çıx!" şüarları ilə etirazını bildirib.   Sfera.az &ld...

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi - Fərman

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-dən vəzifəsindən azad olunacaq.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu...

Ağcabədidə 13 yaşında ana olan qız ailəsinə TƏHVİL VERİLDİ

"Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb".   Sfer...

Tramp Avropa İttifaqını ittiham etdi: "Düşməndən də betərdilər"

ABŞ-nin Prezidenti Donald Tramp Avropa İttifaqının Birləşmiş Ştatları “soyduğunu” və ona düşməndən də betər olduğunu bəyan edib.   Sfera....