"Global Terrorism Index 2025" açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir

"Global Terrorism Index 2025" açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir

“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

 

Sfera.az xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.

 

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı,  Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .

 

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

 

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

 

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

 

Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

 

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

 

Altay


OXŞAR XƏBƏRLƏR

ABŞ Aİ ölkələrindən yumurta ilə bağlı kömək istədi

ABŞ Kənd Təsərrüfatı Nazirliyi Avropa ölkələrindən yumurta istəyib. Sorğu, ABŞ-ın Avropa da daxil olmaqla ölkələrə tətbiq etdiyi bir sıra yeni tariflər və daha ...

Sahibə Qafarovaya "Dostluq" ordeni təqdim edildi

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. ...

Bu şəxslər nə vaxt Azərbaycana ekstradisiya olunacaq?

Xaricdə yaşayan və təqsirləndirilən azərbaycanlı mühacirlərlə bağlı Baş Prokurorluqdan verilən qərar mühüm hüquqi məsələlərdən birinə çevrilib. Bu qərar onların...

Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Azərbaycanda Ramazan ayının 18-ci günüdür.   Sfera.az xəbər verir ki, imsak saat 05:21, iftar isə saat 19:05-ə təyin olunub.   İmsak...

Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər ...

Bu sürücülərin cəriməsi ləğv ediləcək: Qanun imkan verir...

Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən cərimələnməsi qanuna ziddir və bu cərimələr ləğv edilməlidir. Sürücülər müvafiq qurumlara rə...