Logo

"Uşaq bağçasında uçqun qeydə alınmayıb" -Təhsil İdarəsindən açıqlama

"Uşaq bağçasında uçqun qeydə alınmayıb" - Təhsil İdarəsindən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb.

Bu barədə Sfera.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

"Hadisə müəsssiənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib. Bağçanın binasına hər hansı bir zərər dəyməyib",-məlumatda bildirilib. 
Qeyd edək ki, xəbər saytlarında Bərdə şəhər Təbriz küçəsində 4 saylı uşaq bağçası körpələr evində uçqun olması və uçqun altında bir nəfər az yaşlının olduğu iddia olunmuşdu.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR