"Tarixi abidə sökülə bilməz" -Arxitektura Komitəsinin sədri
Kateqoriya məlum deyil
Tarixi abidələrin sökülməsindən söhbət gedə bilməz.
Sfera.az "Report”a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bayırşəhər”də tarixi abidələrin sökülməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, sosial mediada bu kimi fikirlər səsləndirilsə də, belə hal mümkün deyil:
“Müəyyən aşınmaya məruz qalan evlər ola bilər, onların sökülməsi mümkündür. Amma ümumilikdə hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz”.






