Gürcüstan-Azərbaycan münasibətləri Ermənistan üçün də nümunə ola bilər - Hikmət Hacıyev

Gürcüstan-Azərbaycan münasibətləri Ermənistan üçün də nümunə ola bilər - Hikmət Hacıyev

“Biz konkret layihələrlə müxtəlif regionları birləşdiririk”.

 

Sfera.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan həmfikir olan ölkələri birləşdirməyə çalışır:

 

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli konfliktlərin həlli üçün nümunədir. Bəzən erməni həmkarlar deyir ki, Azərbaycan Ermənistanın müstəqilliyini təyin edib, çünki işğal siyasəti onların müstəqilliyi üçün təhdid idi. Bəzi hadisələr indi Yaxın Şərqdə baş verir. Azərbaycan coğrafi baxımdan Yaxın Şərqə yaxın ölkədir. Bu reallıqları nəzərə alaraq, xaric siyasətimizin prioritetində Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə çalışırıq. Bundan başqa Türkiyə, TDT bu bölgədə yeni reallıqdır. Bizdə resurslar var. Eyni zamanda, Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq münasibətlərinin nümunəsidir. Bu Ermənistan üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir. Bazar böyükdür, iki böyük iqtisadi güc də dənizin qütblərindədir. Azərbaycanın çoxtərəfli siyasəti bununla da bitmir. Azərbaycan enerji konsepsiyası vasitəsilə çalışır ki, 3-4 dənizi birləşdirsin. Azərbaycanın enerji layihələri artıq Adriatik dənizi sahillərinə çatıb. Biz 4 dənizi yeni tərəfdaşlıqda birləşdiririk. Balkanlarla aramızda məsafə çoxdur, lakin çoxtərəfli inkişafla biz yeni reallıqlar yaradırıq”.


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist bir daha efirə çıxmayacaq

Əməkdar artist Ruhəngiz Allahverdiyeva verilişlərə çıxmayacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə "Elgizlə izlə" veriliışində bil...

Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb

Ağdam ərazisində sümüklər tapılıb.   Sfera.az xəbər verir ki, Trend-in yerli bürosunun verdiyi məlumata görə, tapılan sümüklərin insana aid...

Azərbaycanda bu xəstəxanalar ləğv edilir

Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi...

DTX Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işinə başlayıb

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılmışdır.   5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazi...

Prezident Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru T...

ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi - Ağ evdən açıqlama

Ukraynanın 30 günlük atəşkəsi qəbul etməsindən sonra ABŞ bu ölkəyə hərbi yardım və kəşfiyyat dəstəyini yenidən başlatdığını açıqlayıb.   Sfera.az &qu...