Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var - Prezidentin köməkçisi

Gündəm
13:42 / 13.03.2025
2621
Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.
O bildirib ki, hazırda Azərbaycanın coğrafi baxımdan yaxın olduğu Yaxın Şərqdə də məlum hadisələr baş verir.
“Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirmək xarici siyasətimizin prioritetlərindəndir. Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır. Həmçinin hazırda Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq əlaqələri baxımından nümunədir”, - o əlavə edib.