Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi


Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda saxlanılan hərbi cinayətdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib.

 

Sfera.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmədə ombudsmanla bərabər onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri iştirak ediblər.

 

Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədən R.Vardanyan, A.Arutyunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib, hüquqlarının təmini vəziyyəti yerində öyrənilib.

 

Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.

 

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib.

 

Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı qanunvericilik aktları, Ombudsmanın “916” Çağrı Mərkəzi vasitəsilə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə ...

Namiq Aygünlə münasibətindən danışdı: "Onunla elə də..."

Meyxanaçı Namiq Qaraçuxurlu duet ortağı Aygün Kazımova ilə münasibətlərindən söz açıb.   Sənətçi bu haqda qonaq olduğu "İncə səhər" veriliş...

"Orucunu açan adam 90 manatlıq nə yeyə bilər?"

"Artıq ikinci ildir ki, iftar menyuları ilə bağlı danışıram. Bu söhbətlər son 2-3 ildir başlayıb. Yənə bir nəfər üçün 30, 60, 80, 90 manata iftar menyuları...

Sosial evlərlə bağlı dələduzluq edənlər HƏBS OLUNDULAR

Sosial evlərlə bağlı dələduzluq edən iki nəfər həbs olunub.   Sfera.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü ...

Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.   Sfe...

Gəncədə 17 yaşlı qız dəm qazından boğularaq öldü

Gəncə şəhərində 2008-ci il təvəllüdlü G.Salmanova dəm qazından boğularaq ölüb.   Sfera.az-ın məlumatına görə, hadisə 17 yaşlı yeniyetmənin yaşadığı e...