Azərbaycanda bütün limanlar bağlanıb – Səbəb

Azərbaycanda bütün limanlar bağlanıb – Səbəb

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir.

 


Sfera.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq DDLA-dan məlumat verilib.

 


“Hazırda Azərbaycanın bütün dəniz limanlarından gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5,5 metrə çatacağı gözlənilir.

 

Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və operatorların daimi nəzarəti altındadır. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə Milli Dəniz Administrasiyası Mərkəzi küləyin istiqaməti və gücünə, dalğaların hündürlüyünə və görünmə məsafəsinə daim nəzarət edir. Mərkəzin mütəxəssisləri külək zəifləyənə qədər məlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər”, - agentlikdən bildirilib.

 


Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında -3, Naxçıvan MR-da -10, dağlıq rayonlarda isə -20 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...