Avtobuslar neçəyədək işləyəcək? - Rəsmi AÇIQLAMA

Avtobuslar neçəyədək işləyəcək? - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə son iki gündür Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar dəyişdirilmiş qrafik əsasında məhdud saatadək fəaliyyət göstərirdi.

 

Bəs bu gün avtobusların fəaliyyətində hansısa məhdudiyyət olacaqmı?

 

Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ölkə ərazisində müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq, sərnişindaşıma adi rejimdə davam etdirilir.

 

“Avtobuslar gündəlik qrafik və sxem üzrə fəaliyyət göstərir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hər hansı bir dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək”,-məlumatda qeyd olunub.

 

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

Ukrayna ABŞ-siz nə qədər tab gətirəcək? - AÇIQLAMA

ABŞ-nin hərbi yardımı olmadan Ukrayna indiki səviyyədə yaya qədər mübarizə apara bilər.    Sfera.az xəbər verir ki, bu haqda məlumatı “The...

Nazir xanım professora vəzifə verdi

Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva ADU-nun Elm və innovasiya məsələləri üzrə prorek...

İlon Mask bu ölkəni "saxta" adlandırdı

İş adamı İlon Mask Kanadanı saxta ölkə adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə o,"X" hesabında yazıb:   "Kanada re...

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz e...

"Prezident Xocalıda Azərbaycan bayrağını qaldırmaqla bütün şəhidlərimizin ruhunu şad etdi" - Göydəniz Qəhrəmanov

“Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev eyni zamanda d...

Bu tarixdə QAR YAĞACAQ - XƏBƏRDARLIQ

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağac...