Qarın FƏSADLARI – 52 nəfər XƏSTƏXANALIQ oldu

Qarın FƏSADLARI – 52 nəfər XƏSTƏXANALIQ oldu

Qarlı, şaxtalı hava ilə əlaqədar Quba rayon mərkəzi xəstəxanası açıqlama yayıb. 
 

Qurumdan Sfera.az-a verilən məlumata görə 19.02.2025-ci il tarixində saat 12:00 radələrindən etibarən hazırki saatadək qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə 52 nəfər (11-i qadın, 41-i kişi cinsli olmaqla) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edib.
 

Müraciətlər əsasən, diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

 

Xəsarət alanlardan 25-i uşaq, digərləri isə 17-50 yaş aralığında olan şəxslərdir. Onlardan 5 nəfəri xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.
 

Digər şəxslərə isə ilkin zəruri yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.


OXŞAR XƏBƏRLƏR