Azərbaycanda ən çox qar yağan ərazilər açıqlandı

Gündəm
11:13 / 21.02.2025
9070
Azərbaycanda ən çox qar yağan ərazilər açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır. Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.
Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.