Logo

Aİ “missiyası” Azərbaycan sərhədində müşahidə apardı

Aİ "missiyası" Azərbaycan sərhədində müşahidə apardı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

Sfera.az xəbər verir ki, bu barədə  “Report” məlumat yayıb.

Fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR