Rusiya XİN-dən bağlanan "Rus Evi" ilə bağlı məlumat...

Rusiya XİN-dən bağlanan "Rus Evi" ilə bağlı məlumat...

Rusiya Xarici İşlər Nazirliyi aksiyaya çağırışlarla əlaqədar Bakıdakı “Rus Evi” adından yayılmış xəbərləri feyk adlandırıb.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, Rusiya XİN bu gün yaydığı açıqlamada "Rus Evi" adından yayılmış, fevralın 13-də saat 10.00-da Bakının “Azadlıq” meydanında “Rus Evi”nin müdafiəsinə həsr olunmuş mitinqə çağırışların feyk olduğu bildirib.

 

Qeyd olunub ki, Bakıdakı "Rus Evi" ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar məlum təlimatlara əsaslanır və Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək məqsədi daşıyır.

 

"Sosial şəbəkələrdə "bakılıları və rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıdakı “Rus Evi”nə dəstək aksiyasında iştirak etməyə çağıran materiallar feykdir, kütləvi auditoriyada emosional reaksiya yaratmaq üçün nəzərdə tutulub", deyə Rusiya XİN-nin açıqlamasında bildirilir.

 

Qeyd edək ki, Bakıdakı “Rus Evi”nin adından başqa saxta məlumatlar da yayılıb. Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi Yutub kanalları da həmin məlumatlara istinadən materiallar yayıb.

 

Əlavə edək ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib.

 

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

 

Bakıdakı “Rus Evi” isə bu gün açıqlama yayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırdığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Tarixdə baş verdiyinə inanmaq istəməyəcəyiniz qəribə hadisələr

Tarix boyu eşidənləri heyrətə salan hadisələr baş verib. Onlardan bəziləri o qədər qəribədir ki, həqiqətən baş verə biləcəyini təsəvvür etmək belə çətindir. Amm...

Alimlər insanların 1000 ildən sonra necə görünəcəklərini açıqladı

İnsan bədəninin və həyat tərzinin gələcəkdə necə formalaşacağı elm adamlarının ən çox maraqlandığı mövzulardan biridir. Texnologiyanın inkişafı, genetik müdaxil...

Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.   Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra k...

Rəşad Dağlı azadlığa buraxıla bilər

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdı...

Sürücülərin diqqətin: YENİ FIRILDAQÇININ VİDEOSU

Bakıda fırıldaqçılığın yeni növü ortaya çıxıb. Xeyli sayda sürücü bu vəziyyətlə üzləşib.   Sfera.az xəbər verir ki, fırıldaqçılıqla məşğul olan şəxs ...

Murad 11-ci dəfə əməliyyat olundu

Murat Dalkılıç 11-ci dəfə burun əməliyyatı keçirib.   Sfera.az xəbər verir ki, musiqi siyahılarında daim zirvədə olan məşhur müğənni Murat Dalkılıç t...