Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb


Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Davit Babayan erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib.

 

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.

 

Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:

 

"Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”. (Report)


OXŞAR XƏBƏRLƏR

Vertolyot qalaya çırpıldı: Kolbasa İmperiyasının varisi həyatını itirdi

Kolbasa imperiyasının varisi Lorenzo Rovaqnati İtaliyada helikopter qəzasında həlak olub. Helikopter şirkəti daha əvvəl Bundesliqa komandası Şalkeyə sponsorluq ...

"Ya bir sifətiniz olsun, ya da mən sizi biabır edəcəyəm!"

"Mən çıxışımda təkcə dünəndən danışmamışam. Yığılan vulkan idi, partladı. Bu, təkcə indi olmayıb. Korifey dediyimiz insanların dövründə də belə olub. Kimsə...

Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərləndi

Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.   Sfera.az-ın məlumatına görə, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə ...

Azərbaycanda matç zamanı baş məşqçi döyüldü - VİDEO

AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, "Vətən" - &...

Uçuş zamanı təyyarə pilotsuz qalıb

Mayamidən (ABŞ) Frankfurta (Almaniya) uçan “Lufthansa” şirkətinə məxsus Boeing 747-8 təyyarəsinin göyərtəsində fövqəladə hadisə baş verib: pilot uçu...

Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"

Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin, xüsusilə dəmiryol xəttinin genişləndirilməsi layihəsini həyata keçirir. &...