Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş

Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı açıqlanıb.

 

Sfera.az-ın məlumatına görə, hesabatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı faktlarla öz təsdiqini tapıb.

 

Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Ковер” əməliyyatının tətbiqi ilə bağlıdır.

 

Belə ki, Rusiya bu günədək təyyarənin Rusiya hava məkanından olduğu zaman “Ковер” əməliyyatlarının tətbiq edildiyini bildirirdi.

 

Lakin məlum olub ki, kənar müdaxilə nəticəsində 05:13:32-də (vaxt fərqi nəzərə alınmaqla UTC vaxtı ilə verilir) hava gəmisinin əsas idarəetmə sistemləri itirilib. Qara qutunun deşifrə olunması nəticəsində isə bəlli olub ki, bundan 8 dəqiqə sonra əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verib.


OXŞAR XƏBƏRLƏR

Kruiz gəmisi 20 sərnişini sahildə unudub

Avropada çay kruizində olan bir qrup sərnişin gəmisi onlarsız yola düşdükdən sonra çətin vəziyyətdə qalıb. Hadisə 2023-cü ilin noyabrında Almaniyanın Nürnberq ş...

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyy...

Sözün əsl mənasında beynində sərt disk daşıyır: Doğulduğundan bəri yaşadığı hər anı xatırlayan qadın

Bəzən səhərlər qəhvəmizi hara qoyduğunuzu unuduruq. Bəs hələ bir həftəlik ikən hansı yorğana büküldüyünü xatırlamağa nə deyirsiniz? Rebekka Şarrok üçün bu olduq...

8 günlük missiya üçün kosmosa getdi, 8 Aydır geri qayıda bilmir

NASA astronavtları Suni Williams və Barry Wilmore kosmosa cəmi 8 gün davam edəcək bir missiya üçün gediblər. Ancaq 8 ay keçib və onlar hələ də Yerə qayıda bilmi...

Dövlət əleyhinə xərclənən MİLYONLAR – USAİD-in ölkəmizdəki fəaliyyətiARAŞDIRILMALIDIR

Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə...

“Qazprom” yanacaq istehsalını DAYANDIRDI

Rusiyanın məşhur “Qazprom” zavodu Ukraynanın pilotsuz təyyarəsinin hücumuna görə yanacaq istehsalını bir neçə ay dayandırıb.  Sfera.az ...