Logo

Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı RƏSMİ AÇIQLAMA

Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

"Xəzər dənizində son iki gündə baş verən ( ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.

Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR