Logo

Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?

Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Los-Anceles vilayətində baş vermiş meşə yanğınları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Baş Konsulluğun qaynar xəttinə məlumat daxil olmayıb”.

Sfera.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov deyib.

O bildirib ki, Baş Konsulluq mütəmadi olaraq Azərbaycan vətəndaşlarının yanğınlar zamanı mümkün xəsarət alması ilə bağlı ABŞ tərəfinə məlumat sorğusu göndərir.

“13.01.2025-ci il tarixində yerli vaxtla səhər 9:30-a (Bakı vaxtı ilə 21:30) olan məlumata əsasən ABŞ tərəfindən Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Habelə, yanğından təxliyə edilmiş insanlar üçün təsis edilmiş sığınacaqlarda vətəndaşlarımız olarsa və onlara yardım tələb olunarsa, sığınacaqlardan Baş Konsulluğa məlumat verilməsi gözlənilir”,- deyə baş konsul bildirib.

Azərbaycan vətəndaşlarından təcili konsulluq yardımına ehtiyacları olduğu halda +13109234540 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR