Logo

AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU

AZAL-ın təyyarəsinin "qara qutu"ları DEŞİFRƏ OLUNDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Təhlil Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini başa çatdırıb.

Sfera.az xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.

“İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR