Logo

Prezident İlham Əliyev FHN əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev FHN əməkdaşlarını təltif edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində səmərəli xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Hacızadə Fuad Mahmud oğlu

Səmədov Sənan Yusif oğlu".

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilsinlər:

"Hərbi xidmətlərə görə" medalı ilə

Rüstəmov Nazim Nəzərəli oğlu - polkovnik

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Ağamirzəyev Ruslan Çoban oğlu

Babayev Natiq Səfəralı oğlu.

"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə"

3-cü dərəcəli medalı ilə

Vəliyev Razim İsbəndiyar oğlu - daxili xidmət mayoru

Seyidov Mirtaleh Vilayət oğlu - daxili xidmət kapitanı

Abbasquliyev Kamal Abbasqulu oğlu - daxili xidmət baş çavuşu

Abdullayev Şənlik Vəziroviç - daxili xidmət baş çavuşu

Əsgərov İlham Əsgər oğlu - daxili xidmət baş çavuşu

İsayev Nəriman Bəbir oğlu - daxili xidmət baş çavuşu

Kərimov Səməddin Mənaf oğlu - daxili xidmət baş çavuşu

Nəbiyev Əkbər İbrahim oğlu - daxili xidmət baş çavuşu

Orucov Məmməd Qinyaz oğlu - daxili xidmət baş çavuşu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR