Dövlət xəstəxanalarına direktor təyin ediləcək, amma...

Dövlət xəstəxanalarına direktor təyin ediləcək, amma...

Belə ki, artıq xəstəxanalarda baş həkimlərin inzibati idarəetmə ilə bağlı səlahiyyətləri alınaracaq. Bu səlahiyyətlər yeni yaradılacaq direktor ştatına həvalə ediləcək. Yeniliklər bununla da bitmir.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, bəzi dövlət xəstəxanalarında idarəcilik baş həkimlərdən alınaraq direktora həvalə ediləcək. Baş həkimlər isə yalnız ixtisaslarına uyğun işlərə cəlb olunacaqlar. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyib.

Şöbə müdirinin sözlərinə görə həmçinin icbari tibbi siğortanın tətbiqi ilə xəstəxanalardakı maliyyə sistemində də dəyişiklik olacaq. Bu isə öz növbəsində tibb işçilərinin maddi təminatına müsbət təsir edəcək.

Həmçinin agentlik baza zərfinə daxil olan bir çox xəstəliklərin müalicəsi üçün dərmanları xəstələrə pulsuz verməyi nəzərdə tutur. Amma dərmanların verilmə qaydası əhalinin siğortalı olub olmamasından asılıdır.

Agentlik tərəfindən həyati vacib dərmanların da siyahıya alınmasına start verilib. Bu dərmanlardan isə ancaq siğortalı vətəndaşlar yararlana biləcəklər.


OXŞAR XƏBƏRLƏR

Bu qidalar ağciyər xərçəngi riskini artırır - Adlar

ABŞ-də qidaların insan orqanizminə təsirini öyrənmək üçün aparılan genişmiqyaslı bir araşdırmada 100 mindən çox insan təxminən 10 il ərzində izlənilib.  ...

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...