İki piyada keçidi istifadəyə verilir
20:42 / 21.11.2016
1440
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti yaxın vaxtlarda inşa etdiyi iki yerüstü piyada keçidini sakinlərin istifadəsinə verəcək.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum sözçüsü bildirib ki, həmin yerüstü keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində, digəri isə Bakı-Zabrat yolunda inşa edilir. Hazırda hər iki yerüstü piyada keçidində tamamlama işləri həyata keçirilir. Keçidlər gələn ay sakinlərin istifadəsinə veriləcək.
A.Nəcəfli deyib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində inşa edilmiş keçid tam hazır olmasa da, artıq piyadalar həmin keçiddən istifadə edə bilərlər.