Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqlənib

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı" (bundan sonra - Milli Fəaliyyət Planı) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, Vergilər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankına, Auditorlar Palatasına, Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməsinə, Baş Prokurorluğuna və Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".


OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...