Ermənilərin aprel məğlubiyyəti ilə bağlı ŞOK FAKTLAR

Ermənilərin aprel məğlubiyyəti ilə bağlı ŞOK FAKTLAR
Aprel döyüşləri zamanı Ermənistan ordusunda güllə çatışmayıb, yanacaq olmayıb, yaralılara lazımı tibbi yardım göstərilməyib. Valideynlər hələ də doğmalarının hansı şəraitdə öldüyünü bilmirlər. 

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, bu, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin araşdırmasında öz əksini tapıb.

Təşkilat üzvləri hərbçilərin hansı şəraitdə öldükləri barədə məlumat toplamaq üçün Ermənistanda yaşayan və aprel ayında yaxınları ölən 61 ailə ilə görüşüblər. Araşdırma bu ilin may-iyun aylarında aparılıb. Təşkilatın hüquq müdafiəçilərinin məlumatına görə, hərbçilərin doğmalarına onların hansı şəraitdə öldükləri haqda lazımi informasiya verilməyib. 

Müəlliflər qeyd edirlər ki, əsgərlər kifayət qədər hərbi sursatla təmin olunmayıb, tibbi yardım gecikib, bəzi hərbçilər isə qanunsuz olaraq hərbi xidmətə çağırılıblar. 

Araşdırmada qeyd olunub ki, 61 ailədən yalnız birinə insidentdən sonra əsgərin hansı şəraitdə öldüyü barədə məlumat verilib. 13 halda ailə üzvləri şəxsən hadisə yerinə gedib, hərbçinin hansı şəraitdə öldüyünü aydınlaşdırmağa çalışıb. Hərbçinin ölməsi haqda valideynlərinə telefonla pafosla məlumat verilməsi halları da baş verib.

Aprelin 2-dən 30-dək olan tarixdə ölən 53 hərbçinin ailəsinə ətraflı məlumat verilməyib. 

Vanadzor ofisinin rəhbəri Artur Sakuntsyanın sözlərinə görə, aparılan araşdırma nəticəsində məlum olub ki, orduda silah çatışmazlığı olub.

Aprelin 2-də Cəbrayıl rayonunda məhv edilən əsgərin doğmaları onun öldüyü yerə gedərək, öyrəniblər ki, silah çatışmazlığı üzündən həmin ərazidə bir hərbçi sağ qalmayıb. Onlarla digər hərbçilər görüşüblər. Bildiriblər ki, bu haqda çox şey danışa bilərlər, ancaq xidmətdə olduqları üçün danışa bilmirlər.

Araşdırma göstərir ki, həmin müddətdə ən azı 3 ailəyə onların yaxını olan hərbçinin keyfiyyətsiz tibbi yardım göstərildiyi səbəbindən öldüyü xəbər verilib. Məsələn, aprelin 26-da ölən Ayk Minasyan yaralandıqdan sonra 5 saat müddətində tibbi yardım almayıb.

Təşkilatın məlumatına görə, doğmaları bildirib ki, 15 hərbçinin xidmətə çağırılana qədər sağlamlığında problem olmayıb. Onların əksəriyyəti göz, ürək və sümük sistemində problemlərlə məcburi şəkildə xidmətə göndəriliblər.

Sakunts deyib ki, iki ailəyə tabutu açmağa icazə verilməyib: "Qohumları deyiblər ki, dəfndən əvvəl bütün gecəni polislər tabutun yanında keşik çəkiblər. Anası isə təkidlə iddia edir ki, həmin tabutdakı meyit onun oğlunun olmayıb, hətta ola bilsin ki, tabut boş olub".

Hüquq müdafiəçiləri qeyd edirlər ki, ölən hərbçilərin əksəriyyəti kasıb ailələrin üzvləri olub.


OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...