Peyvənd olunanlar da ölür, qızılca mutasiyaya uğrayıb? - MÜHÜM AÇIQLAMA

Peyvənd olunanlar da ölür, qızılca mutasiyaya uğrayıb? - MÜHÜM AÇIQLAMA

Bir neçə gün öncə Qazaxda yeniyetmənin qızılcadan dünyasını dəyişməsi müzakirəyə səbəb olub. Belə ki, onun 1 və 6 yaşında peyvənd olunduğu bildirilir.

 

Qeyd edək ki, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına aparılıb. Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övladını Bakıya aparmaq qərarına gəlib. Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişib. Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxub.

 

Qazax rayon Hüseynbəyli tibb məntəqəsinin tibb bacısı Esmira Quliyeva "Sputnik"ə açıqlamasında deyib ki, Qazaxda qızılcadan dünyasını dəyişən yeniyetmə qızılcaya qarşı vaksin olunub. O bildirib ki, 12 yaşlı Şabanzadə Nəzrin Fərrux qızı 1 və 6 yaşlarında qızılcaya qarşı peyvənd olunub:

 

"Əvvəlcə ailədə Nəzrinin kiçik qardaşı yoluxmuşdu. Sonra valideyni bildirdi ki, Nəzrinin də bədənində səpgilər var. Qızılcanı çox yaxşı çıxarırdı, temperaturu yox idi. Ona görə də müalicə təyin olunmamışdı. Qəfil temperaturu qalxdı. Bundan sonra uşağı Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına apardılar. Amma müalicə nəticə vermədi".

 

Ümumiyyətlə, son günlər peyvənd olunanların da təkrar virusa yoluxması və daha ağır formada keçirməsi barədə əhali arasında şikayətlər çoxalıb. 

 

Qızılcaya qarşı peyvənd təsirini itiribmi, yoxsa virus mutasiyaya uğrayıb?

 

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

 

"Birincisi, mən o uşağın iki dəfə peyvənd olunmasına inanmıram. Bakının ortasında peyvənd etdirən yoxdur, qalmışdı Qazaxda. Amma ailənin haqqına girməyim. Ola bilər etdiriblər, amma ehtimal çox azdır. Virus mutasiyaya uğramayıb. Sadəcə bu il ağırlaşmalar daha çoxdur, ölüm halları çoxdur. Həm də çox ictimailəşdirilir, bu pandemiyadan əvvəl də ölüm halları var idi, amma ictimailəşdirilmirdi. Mutasiyaya uğraması doğru deyil, analiz var, cavab var, ağırlaşma göz qabağındadır. Ensefalit qızılcanın ən ağırlaşmış fotmasıdır. Bundan sonra pnevmoniya gəlir".


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...