Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Artıq 2023-cü ilin bitməsinə və təzə ilin gəlməsinə sayılı günlər qalıb. Kimi yeni ili öz evində, kimi xarici səyahətdə, kimi də elə ölkə daxilində yerli turist kimi qarşılamağa hazırlaşır. Yeni illə əlaqədar olaraq qarşıdan gələn tətil günləri üçün insanlar daxili və xarici tur təkliflərini nəzərdən keçirməyə başlayırlar. İstirahət planlarını cızaraq çamadanlarını yığmağa hazırlaşanlar isə yeni tur qiymətlərindən yəqin ki, xəbərsizdirlər.

 

Sfera.az xəbər verir ki, çünki turizm məsələləri üzrə ekspert Əziz Şiriyev açıqlamasında ötən illə müqayisədə bu ilin qiymətlərində müəyyən qədər artımın müşahidə olunduğunu deyib.

 

O, qiymətlərin bazar iqtisadiyyatına uyğun tənzimləndiyini söyləyib: "Yeni il öncəsi Şahdağ hoteldə 2-3 günlük 2 nəfərlik qiymət 1560 manatdır. 5 ulduzlu hotellərdə 2 nəfərlik üçün 2 gecəlik qiymətlər 1000 manatın üzərində olacaq. Buraya müxtəlif bölgələrdə yerləşən 5 ulduzlu hotellər də daxildir. Məsələn, "Qalaaltı hotel", Şahdağdakı hotellər, "Lənkəran Springs Welness Resort", Basqal və s".

 

Ekspert vətəndaşlara turizm şirkətlərinin təklif etdiyi turlara qoşulmağı daha səmərəli hesab edib. O deyir ki, vətəndaşlar turizm şirkətlərinin təklif etdiyi turlara qoşulduqda onlar nə yanacaq sərf edəcək, nə də avtomobil idarə etmək məcburiyyətində qalacaqlar: 

 

"Turlar əsasən Şahdağ və Tufandağ istiqamətində təşkil ediləcək. Qiymətlər də münasibdir. Məsələn, Şahdağa 1 günlük turun qiyməti 23 manatdan başlayır. Tur paketə nəqliyyat xidməti, tur rəhbəri, səhər yeməyi, çay süfrəsi, musiqi, əyləncə və ekskursiya daxildir. 2 günlük turların qiyməti isə 69 manatdan başlayır. Bu məbləğin üzərinə 15-20 manatda əlavə etməklə gün ərzində 4 dəfə qidalanmaq və eləcə də xidmətlərdən yararlanmaq olar". 

 

Ə.Şiriyev həmçinin xarici tur paketlərindən də danışıb. O, Misir və Ərəb ölkələrində qiymətlərin daha əlverişli olduğunu vurğulayıb: "Hazırda Misirə qiymətlər çox əlverişlidir. Bundan başqa əksəriyyət Ərəb ölkələrinə daha çox üstünlük verir. Çünki orada qiymətlər münasibdir. Məsələn, 200-300 dollara həm təyyarə bileti almaq, həm hoteldə qalmaq, həm də qidalanma xərclərini qarşılamaq olar". (İqtisadiyyat.az)


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...