Xankəndidə hərbi parad keçiriləcək?

Xankəndidə hərbi parad keçiriləcək?

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.

 

Sfera.az “Musavat.com”a istinadən xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.

 

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

 

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.

 

Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian Putini İrana dəvət etdi

"Rusiya prezidenti Vladimir Putinin 2025-ci ildə İrana səfər edəcəyinə ümid edirik".    Sfera.az xəbər verir ki, bunu İranın xarici iş...

Göydəniz Qəhrəmanov Ümummilli liderə həsr olunmuş kitabının təqdimatında - FOTOLAR

"YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, xalq artisti, professor Zamiq Əliyevin müəllifi...

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...