Logo

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın 3.1.1-ci yarımbəndi ləğv edilir.

Qeyd edək ki, 3.1.1-ci yarımbənddə deyilirdi:

"3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:

3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR