Qukasyan, Saakyan və İşxanyan Bakıya GƏTİRİLİR
Gündəm
18:46 / 03.10.2023
15005
Xəbər verdiyimiz kimi, Xankəndində separatçı “DQR”in üç keçmiş lideri saxlanılıb.
Sfera.az xəbər verir ki, separatçıların üç lideri Qukasyan, Saakyan və İşxanyan həbs edilərək Bakıya gətirilib.
Qeyd edək ki, Azərbaycan hökumətinə yaxın mənbələr separatçı liderlərin həbsi ilə bağlı məlumatı Haqqin.az-a təsdiqləyib.
Xatırladaq ki, Qarabağın erməni separatçılarının keçmiş “prezidenti” (1997-2007) Arkadi Qukasyan, keçmiş “prezident” (2007-2020) Bako Saakyan və Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri , keçmiş “parlament sədri” “David İşxanyanı Bakıya aparırlar. Bu barədə Şuşadakı mənbə məlumat verib.