Azərbaycan Qarabağı tam nəzarətə götürüb - DETALLAR
Azərbaycan dövlətinin həyata keçirdiyi lokal antiterror tədbirləri yüksək nəticələr verməkdədir. Belə ki, artıq Ordumuz və digər dövlət atributlarımız Qarabağ ermənilərinin yaşadığı və Azərbaycana tabe olmadığı bölgələrdədir. Azərbaycan Qarabağ bölgəsinin, demək olar ki, bütün ərazilərində nəzarəti ələ alıb.
Sfera.az-ın xəbərinə görə, bu məlumatı həm ön xətdə, döyüş meydanında olan hərbçilərimiz, həm də erməni qaynaqları təsdiqləyir.
Bu məlumatların içərisində erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanın verdiyi açıqlama da var.
O sosial media hesabında bildirib ki, Azərbaycan artıq “Dağlıq Qarabağı” tam nəzarətə götürüb.
Bu açıqlama vəziyyətin necə olduğunun göstəricisidir.
Musavat.com bildirir ki, sadəcə Xankəndinin mərkəzində Rusiya sülhməramlılarının nəzarəti mövcuddur. Bu nəzarət isə Azərbaycan tərəfi ilə razılaşdırılmış şəkildə həyata keçirilir.