11 bank ləğv olunur

11 bank ləğv olunur

Azərbaycanda 11 bank ləğv olunma prosesindədir.

Trend Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən məlumat verir ki, 2015-ci ilin 

yekunları üzrə belə bankların sayı 7 (2008-ci ildə lisenziyası geri çağırılmış "Poçtbank" və "Atlantbank", 

"Debutbank" (2010-cu il), "Birlik Bank" (2011-ci il), "Royal Bank" (2012-ci il), "Evrobank" və "Azerbaijan 

Credit Bank") idi.

Bundan başqa, Mərkəzi Bank 2016-cı ilin əvvəlindən daha 7 bankın lisenziyasını ləğv edib - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank".

"NBCBank" ASC Azərbaycan Mərkəzi Bankına müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq, AMB İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBCBank" ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib. Qafqaz İnkişaf Bankı və "Atrabank"ın da analoji planları var. Belə olan halda, hazırda 11 bank ləğv olunma prosesindədir.

Qeyd edək ki, Azərbaycanda 36 bank fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...