Logo

Bakının mərkəzində pulsuz Wi-Fi-lar olacaq

Bakının mərkəzində pulsuz Wi-Fi-lar olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi "İctimai Wi-Fi" layihəsinin icrasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə internet şəbəkəsinə pulsuz çıxış Bakının Fəvvarələr meydanı və Dənizkənarı Milli Parkda mümkün olacaq.

Simsiz internet İçərişəhər qoruğu və Dövlər Bayrağı Meydanının ərazilərini də əhatə edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR