Azərbaycan prezidenti Qətər əmirinə başsağlığı verib
Gündəm
18:50 / 25.10.2016
1569
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyxTəmim bin Həməd Al Taniyə başsağlığı verib.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Əlahəzrət,
Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"