Logo

Dərbənddə 2 silahlı məhv edilib - YENİLƏNİB

Dərbənddə 2 silahlı məhv edilib - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

22:43

Dərbənddə keçirilən xüsusi əməliyyat zamanı 2 silahlı məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə DİN-dəki mənbə məlumat verib.
 
"Dərbənd şəhərində bir qrup silahlı mühasirəyə alınıb. Təslim olmaq çağırışına onlar atəşlə cavab veriblər. Cavab atəşi ilə 2 silahlı məhv edilib", deyə mənbə qeyd edib.
 
Əməliyyatın oktyabrın 17-i, səhər saatlarında davam edəcəyi bildirilir.

----------

22:00

Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.  
 
"Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 20.00-dan (Bakı vaxtı ilə 21.00-da) etibarən  Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib", - deyə məlumatda bildirilir.
 
Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR