Logo

Bu gün sülhməramlıların 46 maşını aksiya yerindən keçib

Bu gün sülhməramlıların 46 maşını aksiya yerindən keçib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 7 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Sfera.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik və yük avtomobilləri aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 46-ya çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR