Məktəbin ayaqyolunu işıqlandırılan müəllimə töhmət verilib?

Məktəbin ayaqyolunu işıqlandırılan müəllimə töhmət verilib?

İmişli rayon Aranlı (yaxın keçmişdə adı Semyonovka olub) kənd məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə  həyəcan qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir.

 

Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Həmin müəllimə bu yolla çox vacib bir problemi ictimailəşdirib. Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər? Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə  biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə geri qalmasınlar. Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış oldğunu söyləmiş və həmin müəlliməni müdafiə etmişdim. Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və keyfi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq MÜƏLLİMin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm.

 

manset.az


OXŞAR XƏBƏRLƏR