Pullu yoldan belə istifadə ediləcək - Bu tarixdən (VİDEO)
Gündəm
11:04 / 25.12.2022
8935
Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında açılacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.
O bildirib ki, Bakı-Quba yolunda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.
O ki qaldı qiymətlərə, Agentlik sədri əlavə edib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər təqdim olunub və tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.