Sus kəndində qalan ermənilərin sayı...
Dedilər ki, delimitasiya və demarkasiya aparırlar, amma əslində belə bir şey yoxdur.
Sfera.az xəbər verir ki, bu barədə bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək Sus kəndinin icma rəhbəri Mxitar Nersisyan deyib.
O bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 25-dən düşmənə təhvil veriləcək:
"Avqustun 5-dən sakinlər öz əşyalarını Ermənistanın digər bölgələrinə daşımağa başlayıblar. Bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib".
"Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı. Bir neçə il bundan əvvəl daha da çox idi, amma illər keçdikcə əhalinin sayı azalıb", - deyə Mxitar Nersisyan vurğulayıb.
İcma rəhbərinin sözlərinə görə, 44 günlük müharibədən sonra o, Sus kəndinin erməni tərəfinin nəzarətində qalacağını, bütün sakinlərin qayıdacağını fikirləşib:
"Mənə dedilər ki, delimitasiya və demarkasiya işləri aparırlar, əslində belə bir şey yoxdur, kəndi təhvil verməliyik".
Konkret.az