Mağazada "patı" gizlədən şəxs qandallandı

Mağazada

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.

 

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə -metamfetamin aşkarlanıb.

 

Keçirilən digər əməliyyat nəticəsində isə Qobustan şəhər sakini Sənan Alkişiyev şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus mağazaya baxış keçirilərkən orada gizlətdiyi metamfetamin və həmin obyektə bitişik yardımçı tikilidən isə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

May ayının ən şanslı 4 bürcü BUNLARDIR

May ayı bəzi bürclər üçün dönüş nöqtəsinə çevriləcək. Ulduzların mövqeyinə görə, dörd bürc bu ay həyatında mühüm dəyişikliklər yaşayacaq və xoşbəxtliyə nail ola...

Türkiyədə toyda kütləvi dava- 9 yaralı

Türkiyənin Adıyaman şəhərində toyda kütləvi dava baş verib.    Sfera.az “Yeni Şafak”a istinadən xəbər verir ki, hadisə şəhərin Besni...

2600 manat müavinət kimlərə ödəniləcək?

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümu...

Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...

"Oğluma atasız qız almaram" deyən aparıcı Nigar Fərhadın illər öncəyə aid müsahibəsi ortaya çıxıb.   Sfera.az xəbər verir ki, aparıcının sö...

32 dərəcə isti olacaq

Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksək olacağı gözlənilir.   Milli Hidromet...

İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bununla bağ...