Logo

Xəbərdarlıq: 42 dərəcə isti olacaq

Xəbərdarlıq: 42 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Sfera.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR