Logo

Sabahın havası: 40 dərəcə isti olacaq

Sabahın havası: 40 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, iyulun 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir.

Fasilələrlə yağıntılı hava şəraiti isə iyulun 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.

Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasında 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR