Logo

DİN vətəndaşlara müraciət etdi - SAYIQ OLUN!

DİN vətəndaşlara müraciət etdi - SAYIQ OLUN!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları olduğunu deyib:

"Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.

Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR