\"TechnoCad\" komandasının uğurlu layihəsi: “TEKNOFEST Azərbaycan”da təqdim olunur - FOTOLAR / VİDEO

\

Xəbər verdiyimiz kimi, 26 may tarixindən etibarən Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir.

 

Bu festivalda müxtəlif bacarıqlı komandalar öz proyektlərini təqdim edir. Bu komandalardan biri də "TechnoCad" komandasıdır. "TechnoCad" komandası "Smart Trashbin" adlı proyekti ilə Festivala qoşulub. "TechnoCad" komandası, komandanın kapitanı Mehdi Musayev və layihələri barədə qısa məlumat verək:

 

Mehdi Musayev 21.08.2009 tarixində Bakı şəhərində anadan olub. 2015-ci ildə Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyinə daxil olub. Hal-hazırda 7-ci sinif şagirdi olan Mehdi balaca yaşlarından texnikaya marağı olub və müxtəlif müsabiqələrdə nəaliyyətlər əldə edib, daim şagirdlər arasında bacarıqları və uğurları ilə fərqlənib.Hal-hazırda "STEP IT Academy"nin telebesidir. 6-cı sinifdə Respublika Riyaziyyat olimpiadasında 3-cü yeri tutub. "Nə? Harada? Nə zaman?" müsabiqəsində ilk 3-lüyə daxil olub. Şahmat üzrə 3-cü dərəcədir. "Sabahın alimləri" müsabiqəsi üçün ‘Elektromaqnit’ generatoru proyektini hazırlayıblar.

 

“TEKNOFEST” müsabiqəsinə qatılan 141 komandadan final mərhləsinə keçən 25 komandadan biri olub. Kapitanı olan "TechnoCad" komandasiının "Smart Trashbin" proyektinin əsas 2 məqsədi var. İş prinsipi: zibil qutusunun üzərində olan qapağın əlimizi 4sm-dən az məsafədə yaxınlaşdırdıqda servomotor sayəsində 180 dərəcə dönməsidir. Komanda həm gigiyenanı, həm də əlil insanları düşünüb. Bildiyimiz kimi, biz əlimizi qapağa vurarken əlimizə bakteriya keçə bilər. Bundan əlavə, əlillərimiz ayaqla açılan zibil qutularını aça bilmədiyi üçün "TechnoCad" komandası bu layihəni yaradıb. Onlar gələcəkdə bu proyektin isğaldan azad olunmuş ərazilərdə də istifadə olunmasını istəyirlər. Həm də komanda bu proyekti gələcəkdə tükənməyən günəş enerjisi - günəş panelləri ilə etmək istəyirlər.

 

Qeyd edək ki, Mehdi Musayev bu yay "Gələcəyin mühəndisləri" müsabiqəsində iştirak edib, qalib olmaq arzusundadır.

 

 


OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...