Zəngilanın BAŞ PLANI belə olacaq - VİDEO
Zəngilan şəhərinin baş planı müəyyən olub. Plana əsasən şəhər müasir innovasiyalarla, Zəngilanın qədimiliyini qorumaq şərti ilə yenilənəcək. Bəs digər işğaldan azad olunan ərazilərdə yaşayış məkanları hansı formada olacaq, bunu sujetimizdən biləcəksiniz.
Zəngilanda çoxmərtəbəli bina olmayacaq. Bu şəhərin Baş planınında öz əksini tapıb.
Baş planın əsasını rahat yaşayış, yaşıl və təmiz, müasir innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun sözlərinə görə, planın hazırlanması zamanı şəhərin özünəməxsus simasını formalaşdırmaq üçün ərazinin mövcud memerlıq ənənələri araşdırılıb, tarixi mühitin qorunması şərtiylə tətbiq oluna biləcək müasir yanaşmalar müəyyən edilib.
Şəhərin planlaşdırılmasında tətbiq edilmiş "15 dəqiqəlik şəhər" yanaşması isə kompakt mərkəz və alt mərkəzlərin yaradılmasıdır. Gündəlik təlabat obyektlərinin piyada əlçatanlığında olması və aşağı sürətli yol infrastrukturunun təşkili sakinlərin və qonaqların şəhər daxilində hərəkətini asanlaşdıracaq.
Digər işğaldan azal olunan regionalrmızda da çoxmərtəbəli binaların olmasına üstünlük verilməyəcək. Təkcə Ağdam rayonunda çoxmərtəbli binalar olacaq.
Qeyd edək ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin məhşur şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb.