Baş nazirdən kommersiya təşkilatları ilə bağlı SƏRƏNCAM
Gündəm
19:24 / 27.05.2022
191
Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyarlar dəyişib.
Bu barədə Baş Nazir Əli Əsədov sərəncam İmzalayıb.
Sərəncama görə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 manatdan 200 manata, balansın yekun məbləği isə 450 manatda 500 manata qaldırılıb.